15 Oktyabr 2021 13:08
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranın siyasəti yenilənməlidir ki, yeni mövqelər qazanmaqda rəqabətədavamlı ola bilsin”.

Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Əvəz Həsənov deyib.

Ekspert İranın Qarabağdakı son müharibədən sonra Cənubi Qafqazdakı mövqelərini itirdiyini bildirib:

“İran Qarabağ münaqişəsində əhəmiyyətli rol oynaya bilmədi. Vəziyyət çox sürətlə Azərbaycanın, Rusiyanın və Türkiyənin xeyrinə dəyişdi. İndi İran bu mövqeləri itirdi. Cənubi Qafqazda daha çox mövqə qazanmaq üçün daimi partnyoru olan Ermənistan ilə münasibətləri normal saxlamaqla Azərbaycana təsir göstərmək istəyir ki, onu öz orbitində saxlasın. Amma bir məsələni yaddan çıxardılar ki, Rusiya və Türkiyə Cənubi Qafqazda mövqe savaşını artıq bitiriblər.

Bölgədə yeni mövqe sahibi olmaq istəyən Avropa İttifaqı hələ ümidlərini itirməyib. İranın siyasəti yenilənməlidir ki, yeni mövqelər qazanmaqda rəqabətədavamlı ola bilsin”.


Müəllif: Mənsur Rəğbətoğlu