15 Oktyabr 2021 13:51
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Peşə təhsili haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, qanun layihəsini Komitə sədri Bəxtiyar Əliyev təqdim edib.

Məlum olub ki, dəyişikliklə qanuna yeni bənd əlavə olunur. Yeni bəndə əsasən, yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılacaq.

Bir sıra deputatlar çıxışları zamanı peşə təhsilini olduqca vacib sayıblar.

Sonda layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.


Müəllif: Nemət