16 Oktyabr 2021 00:26
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə-Azərbaycan-Gürcüstan parlamentlərinin xarici əlaqələr komissiyalarının IV üçtərəfli iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, iclas 18-19 oktyabr tarixlərində baş tutacaq.

Proqrama əsasən, heyətlər TBMM-də 15 iyul 2016-cı il tarixində çevriliş cəhdi zamanı "Şərəf" zalında zərər görən ərazini ziyarət edəcək.

İclas çərçivəsində oktyabrın 19-da Türkiyə, Azərbaycan ve Gürcüstan parlamentlərinin Xarici əlaqələr komissiyaları birgə mətbuat konfransı da nəzərdə tutulur.


Müəllif: Teleqraf.com