18 Oktyabr 2021 10:36
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 30 illlik yubileyidir. Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Həmin tarixdə Azərbaycan xalqı uzun fasilədən sonra müstəqil yaşamaq hüququnu bərpa etdi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, müstəqilliyin bərpasına xalqımız çox çətinliklərdən keçərək nail oldu: “Elə 30 il də çətin mərhələrdən keçməklə şərəfli tariximizi davam etdirdi. Azərbaycan xalqı Ulu öndər Heydər Əliyev siyasi xətti, axırıncı dövrdə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyini möhkəmləndirdi, dünya birliyində layiqli yerini tutdu”.

Millət vəkili bildirib ki, ötən ilin 44 günlük Vətən Müharibəsində isə ərazi bütövlüyümüz bərpa edildi, suveren hüquqlarımız bir daha təsdiq edildi: “Bu gün Azərbaycan milli maraqlarını qoruyan, şərəfli tarixini yazan güclü bir dövlətdir. Müstəqilliyimiz isə vətəndaşlarımızın torpağa və dəyərlərimizə bağlılığı ilə həmişə yaşayacaqdır”.


Müəllif: Tapdıq Qurbanlı