18 Oktyabr 2021 11:35
357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş imzalanıb.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətərin Baş nazir müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə keçirilən mətbuat konfransında bildirib.

Sazişi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qətərin xarici işlər naziri imzalayıb.


Müəllif: Teleqraf.com