18 Oktyabr 2021 12:18
304
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Vedat Bilgini qəbul edib.

Teleqraf.com xəbər verir ki, Vedat Bilgin Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olunaraq, Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi bildirilib.

Görüşdə digər sahələrdə olduğu kimi, sosial çalışma sahəsində də yaxşı iş birliyinin mövcud olduğu vurğulanaraq, bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətinə toxunulub.

Eyni zamanda, əmək bazarının tənzimlənməsi, Türkiyədə çalışan Azərbaycan vətəndaşlarının, Azərbaycanda çalışan Türkiyə vətəndaşlarının sosial müdafiəsi məsələlərinin müzakirəsinin də önəmi qeyd olunub.


Müəllif: Teleqraf.com