18 Oktyabr 2021 12:50
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan səfirliyi qardaş Azərbaycan xalqını dövlət müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə ürəkdən təbrik edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyinin Feysbuk səhifəsində yerləşdirilən təbrikdə bildirilib.

“Bütün Azərbaycan xalqına və dövlətinə bundan sonra da dinamik inkişaf etməyi, sülh, əmin-amanlıq və tərəqqi səmimi qəlbdən arzu edirik”, - deyə təbrikdə qeyd olunub.


Müəllif: Səxavət