18 Oktyabr 2021 17:31
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq aləmdəki mövcud vəziyyət, sosial, iqtisadi və siyasi əlaqələrin getdikcə artan mürəkkəbliyi, proseslərin durmadan dinamik sürəti XXI əsrdə dünya birliyinin yeni inkişaf mərhələsinə keçdiyini göstərir. Yeni cəmiyyət də yeni texnologiyalar və modelləri nəzərdə tutur. Bütün bu proseslərdə danılmaz bir amil var, bu da milli siyasi lider faktorudur. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən şəxsdir. Bu mənada Azərbaycan öz lideri ilə fəxr edir və bunun üçün bütün əsaslar var.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycan xalqı İlham Əliyevə Prezident kimi dəstək verməklə Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini, sevgisini, inamını sübut etdi:

“18 il bundan əvvəl Prezident İlham Əliyev siyasi lider olaraq, xalqa verdiyi bütün vədləri yerinə yetirir. Ötən müddət ərzində müasir inkişaf dövrünü yaşayan Azərbaycanda çox mühüm dəyişikliklər, gözəçarpan yüksəliş baş verib. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmlənib. 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Onun həyata keçirdiyi sosial dövlət siyasətinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur”.

Millət vəkili hesab edir ki, 18 il sözün əsl mənasında mübarizə aparan ölkə başçısı bütün sahələri inkişafa nail oldu:

“Dünyada Azərbaycanın nüfuzu artdı. Ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Nəhəng neft-qaz, enerji layihələri reallaşdırıldı. Eyni zamanda vətənpərvər gənc nəsli formalaşdı. Məhz bu mühüm aillər hesabına tarixi ədalətin bərpasına nail olundu. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət Azərbaycanı regionun ən güclü və suveren aktoruna, yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevirdi. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. İrəli sürülən regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət edib. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir”.

Komitə sədrinə görə, Prezident İlham Əliyevin şah əsəri Qarabağın və Şərqi Zəngəzurun erməni faşizminin işğalından azad edilməsidir:

“Ötən müddət ərzində atılan hər bir addım, keçirilən görüş, reallaşan layihələr Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması idi. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, mərd xalq kimi tanıtdı. Xalqımızın özünə inamını qaytardı, ona yenidən ruh verdi. Qələbədən keçən bir müddət ərzində erməni vandalları tərəfindən darmadağın olan, sərvətləri talan edilən şəhər və kəndlərimizi yenidən dirçəlir, canlanır. Çox tezliklə öz yurd-yuvalarından didərgin düşən soydaşlarımız evlərinə qayıdacaqlar. Böyük Qayıdış strategiyasının sürətlə həyata keçirilməsi bunun bariz nümunəsidir.


Müəllif: Tapdıq Qurbanlı