18 Oktyabr 2021 21:24
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ müdafiə naziri Lloyd Ostin Türkiyə və Azərbaycan tərəfindən irəli sürülmüş “3+3” formatı təklifinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, Tiflisdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Rusiyanın Gürcüstanı “Altılıq” formatına qoşulmaq çağrışına Pentaqon rəhbərinin cavabı belə olub:

“3+3 formatına gəldikdə, deyə bilərəm ki, Rusiya yeni platformalar haqqında danışmazdan əvvəl 2008-ci il atəşkəs sazişinin şərtlərinə riayət etməlidir”.

Beləliklə, Ostin Rusiyanı Abxaziya və Cənubi Osetiya münaqişələri ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı ilə görüşündə sözügedən formatının qurulmasının mümkünlüyünü müzakirə etdiklərini bildirib. Lavrov İranın Türkiyə və Azərbaycan kimi bu təşəbbüsə müsbət münasibət bəslədiyini qeyd edib və həmçinin Gürcüstanın bunda maraqlı olacağına ümid etdiyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu