18 Oktyabr 2021 22:11
293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada Gürcüstan, Azərbaycan və Türkiyə parlamentlərinin xarici əlaqələr komitələri rəhbərlərinin IX üçtərəfli görüşü keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Mətbuat Xidməti məlumat yayıb.

Toplantıda əsas müzakirə mövzuları regional əməkdaşlığın əsas istiqamətləri, Qara dəniz bölgəsində mövcud problemlər və onların həlli yolları, parlamentlərarası əlaqələrin gücləndirilməsi və üçtərəfli əməkdaşlığı möhkəmləndirəcək yeni təşəbbüslər olub.

İclas çərçivəsində Gürcüstan parlamentinin üzvləri Türkiyə Böyük Millət Məclisində Dostluq Qrupunun üzvləri ilə görüş keçiriblər. Tərəflər Gürcüstanın işğal altında olan ərazilərində vəziyyət, iqtisadi əlaqələrin dərinləşdirilməsi imkanları və Türkiyənin Gürcüstanı NATO-ya inteqrasiya yolunda dəstəkləməsi məsələləri nəzərdən keçirilib.


Müəllif: Teleqraf.com