21 Oktyabr 2021 22:13
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda daha bir partiya – Haqq Ədalət Partiyası (HƏP) dövlət qeydiyyatına alınıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı partiyanın sədri Əli İnsanov “Facebook” səhifəsində paylaşım edib.

Ə. İnsanov bildirib ki, 2021-ci il 21 oktyabr tarixində Ədliyyə Nazirliyində Haqq Ədalət Partiyasının Dövlət qeydiyyatına alınmasını təsdiq edən 1121-P1-0063 qeydiyyat nömrəli şəhadətnamə HƏP Mərkəzi İcra Aparatı rəhbəri Elşən Bayramlıya təqdim edilib.

Qeyd edək ki, HƏP hakimiyyətə qarşı sərt mövqeyi seçilir.


Müəllif: Teleqraf.com