23 Oktyabr 2021 13:52
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu görüşlə bağlı razılaşma əldə olunarsa, sizə vaxtında məlumat verəcəyik”.

Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada ehtimal olunan danışıqları barədə məlumatı şərh edərkən bildirib.

Peskovun noyabrın ilk ongünlüyündə liderlərin Moskvada görüşünün keçirilib-keçirilməyəcəyi ilə bağlı suala cavabı belə olub:

“Belə bir razılaşma olarsa, biz bu barədə vaxtında məlumat verəcəyik”, - verib”.

Bundan əvvəl “Novosti” agentliyi diplomatik mənbələrə istinadən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin – İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın üçtərəfli görüşünün noyabrın birinci ongünlüyündə Moskvada baş tuta biləcəyi barədə məlumat yayıb. İddia olunan danışıqlar üçtərəfli bəyanatların imzalanacağı bildirilib. Mənbənin məlumatına görə, sənədlərdən biri Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası, digəri isə regionda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlıdır.


Müəllif: Mənsur Rəğbətoğlu