24 Oktyabr 2021 13:26
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikası ilə Azərbaycan Respublikası müştərək dəyərlərə malik olan iki qonşu və müsəlman ölkələrdir.

Teleqraf.com xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian özünün tviter hesabında yazıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla səmərəli telefon danışığını xatırladan H.Ə.Abdullahian qeyd edib ki, iki dövlət və xalq arasındakı münasibətlər qarşılıqlı hörmətə və ehtirama əsaslanaraq davam edəcək.


Müəllif: Teleqraf.com