25 Oktyabr 2021 10:10
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin 25 oktyabrında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Qubadlı rayonunu mənfur düşməndən azad etdi. İkinci Qarabağ müharibəsində ən ağır döyüşlərin getdiyi bölgələrdən biri də Qubadlı rayonu oldu.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, Qubadlı rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ilin 31 avqust tarixində işğal edilib:

“Qubadlı rayonunun ərazisi bir çox tarixi abidələrlə zəngindir. İşğala qədər ümumilikdə rayonda tarix-diyarşünaslıq muzeyində 3000-dək nadir eksponat var idi. Rayonun ərazisində qədim insanın yaşadığı onlarla mağara, məscid və ziyarətgah mövcud olub”.

Millət vəkili hesab edir ki, digər işğaldan azad edilən rayonlarımız kimi Qubadlı da qısa müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək:

“Qubadlının işğaldan azad edilməsi uğrunda canlarından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə şəfa versin!”.


Müəllif: Tapdıq Qurbanlı