25 Oktyabr 2021 16:12
1 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsraili bəziləri 7-8 milyonluq dövlət kimi qəbul edir. Ancaq İsrail beynəlxalq yəhudi sisteminin bir parçasıdır. Yəni onun bir hissəsinin dövlət formasıdır, bu sistem bütün dünyanı idarə edir. Dünyanın maliyyə mərkəzləri, hətta Rusiyanın informasiya və maliyyə mərkəzləri yəhudilərin əlindədir”.

Bunu Teleqraf.com-a Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli ötən həftə Moskvada İsrail baş naziri Naftali Bennettlə Rusiya Prezidenti Vladimir Putinin təkbətək 5 saatlıq müzakirəsini şərh edərkən deyib.

Millət vəkili xatırladıb ki, Rusiyanın İranla danışıqlar aparsa da, bu ölkənin xarici işlər naziri Moskvaya səfərlər etsə də, Rusiya-İsrail münasibətlərini gözardı etmək olmaz: “Aydındır ki, İsrailin İrana təsir etmək imkanları böyükdür. Sözsüz ki, Rusiya dövləti İsraili gözardı edə bilməz. Rusiya həm də İsrailin arxasında duran böyük gücləri başa düşür, eləcə də İsrailin imkan və potensialı haqqında anlayışı var. Rusiyanın maliyyə və informasiya sisteminin özü xeyli dərəcədə dünya yəhudi lobbisindən asılıdır. Təsəvvür edin ki, yəhudi lobbisi Rusiyaya qarşı sanksiyaların tərəfdarı olaraq çox qısa müddətə Rusiyanın beynəlxalq pul köçürmə sistemi-SWIFT-i asanlıqla kənarlaşdıra bilər. Diqqət etsəniz görərsiniz ki, yəhudilər bu addıma getmirlər. Odur ki, Rusiya İsrail amilini qəbul etməyə bilməz”.

Tahir Kərimli ehtimal edir ki, Bennett-Putin arasında baş tutan 5 saatlıq görüşdə İran məsələsi müzakirə edilib: “Ancaq nəzərə almaq lazımdır ki, Türkmənçay və Gülüstan müqaviləsi məhz Rusiya ilə İran arasında bağlanıb. Yəni bu ölkələr dostdur. Belə bir vəziyyətdə Rusiya İranın nüvə tədqiqatlarının əleyhinə olsa da, Tehranla münasibətləri pozmaq ona o qədər də sərf etmir. Amma İsrailin imkanları hədsiz güclüdür. Məncə, indiki Moskva İsrail və İran arasında ortaq məxrəc axtarışındadır. Çalışır ki, həm İranla münasibətlər zədələnməsin, həm də İsraillə normal ortamı qoruyub saxlaya bilsin. Odur ki, Moskvadakı Putin-Bennett görüşü xüsusi əhəmiyyət kəsb edirdi”.


Müəllif: Nemət