26 Oktyabr 2021 11:41
1 966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamenti sabah Azərbaycanla sərhəddəki vəziyyət və demarkasiya məsələləri ilə bağlı qapalı dinləmələr keçirəcək.

Teleqraf.com xəbər verir ki, dinləmələrdə Ermənistan baş qərargah rəisinin müavini general Kamo Koçunts və Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı generallar Armen Maralçyan da iştirak edəcək.

Parlamentin iclasında çıxış edən vitse-spiker Ruben Rubinyan bildirib ki, deputatların ən azı beşdə biri ictimai rezonans doğuran mövzu ətrafında müzakirələrin aparılmasını təklif edib.

“Hayastan” fraksiyasının rəhbəri Artsvik Minasyan Xarici işlər naziri Ararat Mirzoyanın iclasda iştirak edib-etməyəcəyi ilə maraqlanıb. Rubinyan cavabında müxalifətin təklifini hökumətə çatdırdığını deyib və onu bu dinləmələrə göndərmək qərarı verdiyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu