26 Oktyabr 2021 21:08
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli-praktiki addımlar atır”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.

“Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Bu gün əziz qardaşımla və qonaqlarla birlikdə böyük avtomobil yolunun təməlini qoyduq. Bu avtomobil yolu da Zəngəzur dəhlizinin bir parçasıdır. Bu avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində biz istədiyimizə nail olacağıq”, - deyə dövlət başçısı bildirib.


Müəllif: Teleqraf.com