27 Oktyabr 2021 14:19
392
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində daha iki hava limanının tikintisi davam edir. Onların da tez bir il ərzində başa çatdırılması planlaşdırılır”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycandan səfərdən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, iki ölkə arasındakı münasibətlərin inkişafında ciddi addımların atıldığını bildirilib:

“Hazırda infrastruktur sahəsində türk şirkətləri Azərbaycanda çox ciddi potensiala malikdir. Türk şirkətləri infrastruktur tikintisində ciddi işlər görürlər. Bizim endiyimiz Füzuli hava limanında 12 türk şirkəti azərbaycanlı qardaşları ilə birlikdə işləyib və 8 ay kimi qısa bir müddətdə işlərini başa çatdırdılar.

Daha iki hava limanının tikintisi davam edir. Onların da tez və bir il ərzində başa çatdırılması planlaşdırılır. Digər yandan, Türkiyə-Azərbaycan əməkdaşlığı ilə intensiv şəkildə “Ağıllı kənd təsərrüfatı” layihəsi də qərarlı şəkildə həyata keçirilir. Bundan başqa, biz heyvandarlıqla bağlı uğurlu işlərin getdiyini gördük.

Bu uğurlu işlərlə yanaşı, ərazilərindən minalardan təmizlənməsi də davam edir. İndi minalardan təmizlənmiş torpaqlarda həm Azərbaycan, həm də Türkiyə üçün qazanclı olacaq əkinçilik və heyvandarlıq başlayıb. Onlar bizə bildirdilər ki, bura ən azı 5-10 min baş anqus heyvanı gətiriləcək, bununla da Azərbaycanın ət idxalını minimuma endirməyi hədəfləyirlər.

Bu onu göstərir ki, əkinçilik və heyvandarlıqda çox ciddi sıçrayış olacaq. Eləcə də infrastruktur sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığı ilə bağlı çox ciddi addım atılıb”.


Müəllif: Mənsur Rəğbətoğlu