31 Oktyabr 2021 10:12
1 526
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hesab edirəm ki, digər türkdilli dövlət başçılarının da Prezident Ərdoğandan nümunə götürərək Azərbaycanın Füzuli, Zəngilan və işğaldan azad olunan digər ərazilərinə gəlməsi yaxşı olardı. Amma aydındır ki, dövlət başçılarının rayonlara səfər etməsi proqramı bir qədər çətin olur. Ərdoğanın Füzuli Hava Limanının açılış törəninə qatılması böyük əhəmiyyətə malikdir. Bu həm Türkiyə, həm Azərbaycan türkü üçün qürurverici hadisə idi. Ümid edirəm ki, digər türkdilli ölkələrin liderləri də Prezident Ərdoğandan nümunə götürəcək”.

Bunu Teleqraf.com-a türkoloq professor Firudin Cəlilov deyib.

Sabiq təhsil naziri qeyd edir ki, adətən türkdilli ölkələrdən Azərbaycana səfər edən şəxslər işğaldan azad edilən qədim Azərbaycan torpaqlarına səfər edirlər:

“Nazirlər, səfirlər bunu edirlər. Dövət başçılarının məsələn, Cəbrayıla getməsi nadir hadisə hesab olunur. Amma burada başqa bir məqama nəzər çəkmək maraqlı olardı. Zənnimcə, Şuşada və ya digər bir işğaldan azad edilən torpağımızda Türkdilli dövlətlərin zirvə toplantısını keçirmək olar. Məncə, bu həm yaxşı fikirdir, həm də mümkündür. Unutmayaq ki, Naxçıvanda belə bir toplantı keçirilmişdi. Bu mənada işğaldan azad edilən ərazilərdə belə bir toplantı keçirmək mümkündür. Qazaxıstan, Qırğızıstan və Özbəkistan iderləri buna gedə bilər. Yalnız Türkmənistan problemlidir, çünki onun özünəməxsus etiketləri var. Hər halda mən hesab edirəm ki, onları Şuşaya gətirmək lazımdır. Bu həm də Azərbaycanın gücünü göstərən hadisədir və buna ehtiyac var”.


Müəllif: Nemət