1 Noyabr 2021 12:14
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstanın Cənubi Qafqazda “Altılıq” platformasının qurulması ideyasına münasibəti müsbət deyil, amma bu layihə həyata keçirilərsə, region sülh platformasına çevrilə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistan - gəlin altılıqda birgə addım ataq və regionda sülhü bərqərar edək. Bununla bağlı artıq cənab İlham Əliyev Ermənistana regionda sülhün bərqərar olması ilə bağlı təklif verib. Gürcüstanın isə bu platformaya bəzi mənfi münasibətləri var, amma bütün bu ölkələr müsbət yanaşma nümayiş etdirsə, o zaman bu platforma yaranacaq və region sülh platformasına çevriləcək”, - Ərdoğan Romada baş tutan G-20 sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, platformanın qurulması ilə bağlı danışıqlar davam edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər