Milli Məclisin növbəti plenar iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, iclasa spiker Sahibə Qafarova rəhbərlik edir.
Spiker deyib ki, iclas Azərbaycan tarixində mühüm gününə təsadüf edir: “İcazə verin bu Zəfəri bizə təqdim edən Ali Baş Komandana və Azərbaycan Silahlı Qüvvələrini təbrik edək”.
Spiker təklif edib ki, parlament adından Azərbaycan Prezidenti İlham Əliyevə və birinci Vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu göndərilsin.
Daha sonra spikerin təklifi ilə Milli Məclis üzvləri Vətən Müharibəsində vəfat edən şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib.