5 Noyabr 2021 13:08
340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan parlamenti Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında məsələni müzakirəyə çıxarır.

Teleqraf.com xəbər verir ki, amnistiya haqqında deputatlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Komitə sədri bildirib ki, Azərbaycanda humanizm siyasətinin əsasını mərhum prezident Heydər Əliyev qoyub.

Vitse-spiker əlavə edib ki, 1995-2021-ci illər ərzində 67 əfv fərmanı verilib və bunun nəticəsində 9 mindən çox insan azadlığa çıxıb.

O, əlavə edib ki, bu müddət ərzində 11 amnistiya aktı verilib: “Bunların bəzisi Mehriban Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə həyata keçirilib. 11 amnistiya aktı nəticəsində 117 min şəxs azadlığa çıxıb.
Əli Hüseynli bildirib ki, bu gün prezident tərəfindən Zəfər Günü məqsədilə hazırlanan və parlamentə daxil olan amnistiya aktının əhatəsi daha geniş olacaq.

“Amnistiya aktının 4 ay ərzində həyata keçirilməsi nəzərdə tutulub. Amma Azərbaycanın müvafiq orqanları bunu daha tez şəkildə icra edə biləcək. Amnistiya aktı qəbul olunduğu gündən qüvvəyə minəcək və minlərlə insan azadlığa çıxmaq hüququ əldə edəcək”,-Əli Hüseynli deyib.

Deputat Fəzail Ağamalı bildirib ki, qələbə erməni faşizmini məğlub və məhv edib: “Bizlərə qələbə sevinci yaşadan cənab Prezident uğur faktorudur. 2003-cü ildə hakimiyyətə gələn Prezident bu günə qədər addım və qərarları ilə xalqa ancaq uğur gətirib: Bu gün bütün dünya İlham Əliyevin atdığı addımları heyranlıqla izləyir. Xalqımız müharibədən sonra yeni bir sevinclə üz-üzədir. Məcburi köçkün olan 700 mindən çox insan dədə-baba torpaqlarına qayıtmağın sevincini yaşayır.

Amnistiya aktı da insanlara xeyir gətirir. Bu bayramda qəbul edilən amnistiya aktı digərlərindən fərqlənməli idi. Əli Hüseynli də qeyd etdi ki, bu amnistiya digərlərindən əhatəsinə görə fərqlidir. Mən həm qələbə münasibəti xalqımızı təbrik edirəm. Dünya azərbaycanlılarını, İlham Əliyevi, Mehriban xanımı təbrik edirəm. Eyni zamanda bu amnistiya aktı nəticəsində bir neçə gündən sonra azadlğa çıxacaq insanların ailə üzvlərini də təbrik edirəm”.


Müəllif: Nemət

Oxşar xəbərlər