Ermənistanla bağlı qərarları diaspora yox, Ermənistan xalqı qərar verməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin VIII Qlobal Bakı Forumunun "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" panel müzakirələrində çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə diplomatik əlaqələri bərpa etməkdə maraqlıdır: "Bu, Azərbaycansız mümkün deyil, əgər Ermənistan buna uyğun cavab versə, Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan arasında diplomatik münasibətlər qurulacaq. Hazırda sülh vaxtıdır. Qafqaz çox vacibdir, bizə hərtərəfli sülh lazımdır".