8 Noyabr 2021 15:44
2 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Türkiyə istehsalı olan Bayraqdar TB2 Pilotsuz Uçuş apartlarını (PUA) dayandırmaq üçün yollar axtarır.

Teleqraf.com xəbər verir ki, bəzi rus hərbi mütəxəssisləri Bayraqdar TB2-nin qarşısını almaq üçün ən azı 10 ədəd Pantsir hava müdafiə sisteminin olmasının vacibliyini vurğulayır.

Bəzi ekspertlər isə bunun da türk dronlarına qarşı yetərli olmayacağı düşüncəsindədir.

Rus hərbi mütəxəssislər Rusiya tərəfdarı olan Donbas separatçılarının silahlandırıldığını dilə gətirir, digər qrup ekspertlər separatçı qüvvələrin hava müdafiə sistemlərini istifadə etmək qabiliyyətində olmadığını əsas gətirərək hərbi avadanlıqların yüksək səviyyədə istifadəsi üçün təlimlərin vacibliyinə diqqət çəkib.

Qeyd edək ki, Türkiyədən aldığı dronları Donbasda ilk dəfə istifadə edən Ukrayna ordusu separatçılara ilk zərəbələr endirmişdi. Bu addım Rusiyanın kəskin qəzəbinə səbəb olmuşdu. Rus rəsmiləri bu barədə açıqlama verərkən rus hərbi mütəxəssislərinin də Bayraqdar TB2-ni dayandırmaq üçün müzakirələrə başladığını açıqlamışdı.


Müəllif: Nemət

Oxşar xəbərlər