"Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Qarabağ üzrə üçtərəfli bəyanatın qəbul edilməsinin ildönümü ilə bağlı heç bir təmas planlaşdırılmır".
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Peskov jurnalistlərin sualını cavablandırarkən belə deyib: “Bu gün bu məsələ ilə bağlı heç bir təmas planlaşdırılmır.
O qeyd edib ki, Moskva ilə Bakı və İrəvan arasında əlaqələr müxtəlif səviyyələrdə və müntəzəm şəkildə aparılır.
“Üçtərəfli təmasa gəlincə, əgər nə vaxtsa belə bir razılaşma əldə olunarsa, sizə məlumat verəcəyik. Hazırda bununla bağlı konkret anlaşma yoxdur”, - Peskov əlavə edib.