10 Noyabr 2021 17:41
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin görüşünün keçiriləcəyinə dair xəbərləri Ermənistanda yayırlar. Dəfələrlə Rusiya bəyan edib ki, bizdə bu barədə məlumat yoxdur, bu, erməni tərəfinin xəbəridir. Aydındır ki, erməni tərəfinin xəbərləri də daima feyk olur.

Bunu Teleqraf.com-a Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib.

Asim Mollazadə qeyd edib ki, Ermənistan mediasının yayımladığı məlumatlara inanmağa dəyməz.

Onun sözlərinə görə, üç ölkə rəhbərinin görüşməsinə dair ideyalar var və bu haqda razılaşma əldə olunduqdan sonra konkret informasiya ortaya çıxa bilər: “Amma ermənilər bilərəkdən belə dezinformasiya yayır. Mümkündür ki, bu məlumatı daxili siyasətdə istifadə etmək məqsədləri də var”.

Belə bir görüşə ehtiyac olub-olmadığına gəlincə, Asim Mollazadə bildirib ki, Ermənistan zəruri addımlar atmalıdır: "Ona görə, bu istiqamətdə İrəvandan müsbət siqnallar verilib. Əslində Ermənistanın başqa çıxış yolu da yoxdur. Üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər”.

Deputat əlavə edib ki, hələlik üçtərəfli komissiya iş aparır və müsbət nəticələrin olduğu vurğulanır: “Azərbaycan tərəfindən yolların inşası prosesi gedir. Türkiyə tərəfindən də bəzi addımlar atılır, Naxçıvanda işlər gedir. Bu prosesi ancaq ləngidə bilərlər, onun yekunlaşması qaçılmaz reallıqdan doğur”.


Müəllif: Nemət

Oxşar xəbərlər