11 Noyabr 2021 09:25
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdiriləcək.

Teleqraf.com xəbər verir ki, layihəyə əvvəlcə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında baxılacaq.

Bu gün eyni zamanda qanunverici orqanın Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə toplantısı keçiriləcək. İclasda gələn ilin dövlət büdcəsi layihəsi müzakirə olunacaq.

Qeyd edək ki, Milli Məclisin noyabrın 16-17-18-də keçiriləcək plenar iclaslarında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirə ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər