12 Noyabr 2021 09:05
1 537
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rus sülhməramlılarının hərbi hissəsi ətrafında hansısa heykəllərin qoyulması Azərbaycanın icazəsi olmadığı üçün qanunsuzdur. Buna qarşı məsələ qaldırılmalıdır. Azərbaycan dövlət qurumları buna qiymət verməlidir. Əvvəla, sülhməramların fəaliyyəti heç bir beynəlxalq qanunlarla tənzimlənmir, Azərbaycan qanunlarına da ziddir”.

Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.

O qeyd edib ki, Rusiya sülhməramlılarının Xankəndidə hansısa rus mütəfəkkirlərinin heykəlini qoymaq və onları təbliğ etməsi təsadüfi deyil: “Ora büstü qoyulan şəxslər Rusiyanı Rusiya edənlərdir. Bu, ermənilərə mesajdır ki, biz istədiyimiz olacaq, siz də biz deyənlə hərəkət edin. Həmçinin Azərbaycan daxilindəki hansısa qüvvələrə mesajdır. Buna yol vermək olmaz, ölçü götürülməlidir.

Sülhməramlılar öz missiyasını yerinə yetirmir. Ötən gün Laçında baş verənlər bunun isbatıdır. Hesab edirəm ki, sülhməramlıların fəaliyyətini ictimai nəzarətdə saxlamaq lazımdır. Diqqət etsəniz görərsiniz ki, Ermənistan prezidenti qeyd etdi ki, sülhməramlılar ömürlük qalmalıdır. Bunların hamısı bizə qarşı təxribatdır”.

Cümşüd Nuriyev əlavə edib ki, Azərbaycan prezidenti çox ağıllı və uzaqgörən siyasət həyata keçirir: “Azərbaycanın da maraqları var və onu müdafiə edir. Hazırda Rusiya üzdə bir, arxada başqa iş görür”.


Müəllif: Nemət

Oxşar xəbərlər