16 Noyabr 2021 14:33
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 15-də İstanbulda Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavinləri Andrey Rudenko və Sedat Önal arasında görüş olub.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi bu gün məlumat yayıb.

Tərəflər Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda Rusiya-Türkiyə əməkdaşlığının geniş spektrli aktual məsələlərini müzakirə ediblər.

Bakı və İrəvan arasında münasibətlərin normallaşması kontekstində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci və 11 yanvar 2021-ci ildə imzaladıqları üçtərəfli sazişlərinin ardıcıl surətdə reallaşdırılmasının vacibliyi qeyd edilib.

“Yaxın vaxtlarda Cənubi Qafqazda “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan + Rusiya, Türkiyə, İran) regional məşvərət mexanizminin işə salınmasının aktuallığı vurğulanıb”, – deyə məlumatda bildirilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər