17 Noyabr 2021 18:26
4 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə müdafiə naziri Hulusi Akarın verdiyi mesajlar digər dövlətlərə xəbərdarlıqdır ki, Azərbaycanı təkləməyə çalışmasınlar”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistan-Azərbaycan sərhədlərindəki son gəlişmələrə diqqət çəkib:

“Azərbaycanın son sərhəd gənginliyində böyük dövlətlərdən və beynəlxalq təşkilatlardan dəstək gözləməsinə ehtiyac yoxdur, yetər ki, bizə mane olmasınlar. Türkiyənin dəstəyi kifayətdir. Türkiyə müdafiə naziri Hulusi Akarın verdiyi mesajlar digər dövlətlərə xəbərdarlıqdır ki, Azərbaycanı təkləməyə çalışmasınlar.

Böyük dövlətlərdən və beynəlxalq təşkilatlardan iki gözləntimiz olmalıdır. Birincisi, Azərbaycan əleyhinə açıqlama verməsinlər, ikincisi, İrəvana zəng edəndə, Bakıya da zəng etsinlər. Hələ ki, buna riayət olunur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər