Ermənistan Müdafiə Nazirliyi Rusiyanın Cənub Hərbi Dairəsinin komandanının müavini, general-leytenant Rüstəm Muradovun vasitəçiliyi ilə meyiti xüsusi reyslə Bakıdan İrəvana gətirilən hərbçinin adını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, söhbət noyabrın 16-da Ermənistanın təxribatı nəticəsində baş verən döyüşlərdə iştirak edən 1990-cı il təvəllüdlü baş leytenant Taron Saakyandan gedir.
“Döyüşlər nəticəsində itkin düşmüş hərbi qulluqçuların tapılması, eləcə də əsirlərin qaytarılması istiqamətində işlər davam etdirilir”, - Müdafiə Nazirliyindən bildirilib.