Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov Azərbaycan hökumətinin adından İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyanın 16 saylı Protokolunu imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin "Twitter" səhifəsində məlumat verilib. İmzalama mərasimi Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin iştirakı ilə baş tutub.