19 Noyabr 2021 20:10
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın Rusiya qazı və Rusiya silahları üçün ödəməyə pulu yoxdursa, onda başqa formada ödəsin”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Ekspert Ermənistanın Rusiya üçün əlavə yük olduğunu bildirib:

“Siyasi mövqeyimin mahiyyəti budur ki, Rusiya Cənubi Qafqazdakı situasiyanı erməni maraqlarının lobbiçilərinin və erməni lobbisinin üzə çıxarmağa çalışdığı erməni stəkanı ilə və ya reallığı təhrif etməklə yox, yalnız özünün milli maraqları prizmasından qiymətləndirməlidir.

Rusiya Ermənistan üçün yox, Ermənistan Rusiya üçün şabalıdı oddan çıxarmalıdır.

Rusiyanın vergi ödəyiciləri hesabına yaşayan Ermənistanın heç bir iqtisadi və maliyyə üstünlükləri yoxdur. Ermənistanın Rusiya qazı və Rusiya silahları üçün ödəməyə pulu yoxdursa, onda başqa formada ödəsin. Məsələn, Sorosun QHT-lərini tam bağlasın, rus dilini ikinci dövlət dili etsin, İrəvanda dünyanın ən böyük ABŞ səfirliyinin sayını azaltsın”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər