20 Noyabr 2021 15:54
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Anti-Azərbaycan dairələr yenidən tam sürətlə iş başındadırlar. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi onların kürkünə necə deyərlər, əməlli-başlı birə salıb. Onlar bu qələbə nəticəsində bütün planlarının alt-üst edilməsi ilə barışa bilmirlər. Azərbaycanı zəif düşürmək, ona qara yaxmaq istəyirlər. Hər yerdə və hər zaman Azərbaycan dövlətinin və hakimiyyətinin diskreditasiyası üçün yatırılan investisiya batıb, bu investisiyanı yatıranlar iş icraçılardan hesab sormağa başlayıblar.

İcraçılar isə ağalarından möhlət istəyərək onlara bir şans verilməsinə nail olublar. Bu şans özünü icraçıların Azərbaycan üzərinə yenidən hücuma keçmələrində nümayiş etdirir.

Xədicə İsmayılın yalnız adı və soyadı azərbaycanlıdır

Yatırılan investisiyanı yeyib-dağıdanlar dəstəsinin tipik nümayəndəsi Xədicə İsmayıldır. Ad və soyadından başqa heç nə ilə Azərbaycan, azərbaycanlı olmayan bu xanım öz ampluasındadır. Bu dəfə ona verilən komanda noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində qarşı tərəfin törətdiyi insidentdə Azərbaycanı haqsız çıxarmaqla bağlıdır. Bunu xanım İsmayılın “Feysbuk” sosial şəbəkəsində etdiyi paylaşımlar da sübut edir.

O, bu insidentdə birtərəfli qayda rəsmi Bakını itiham etməyə çalışır. Azərbaycanın BMT üzvü olduğunu xatırladaraq bu sərhədləri aşan hərbi əməliyyatların haqq savaşı olmadığını bildirir. X.İsmayıl əvvəlcə bir post paylaşıb, sonra onun tək qalmasını istəmədiyi üçün ikinci postu sosial şəbəkəyə ötürüb. Daha sonra ürəyi soyumayaraq üçüncünü əlavə edib.Onun bu paylaşımlar zamanı BMT-dən, onun nizamnaməsindən, beynəlxalq hüquqdan bəhs etməsi, sadəcə, ikrah hissi doğurur. Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında olduğu, işğal olunmuş ərazilərdə daşın daş üstündə qalmadığı, azərbaycanlılara məxsus maddi mədəniyyət nümunələrinin dağıdıldığı, yerlə yeksan edildiyi, məscidlərimizin təhqir olunduğu, meşələrimizin qırıldığı, çaylarımızın çirkləndirildiyi, işğal olunmuş ərazilərin terror-təxribat yuvasına, narkotik qaçaqmalçılığı üçün martşruta çevrildiyi dövrdə bu ali məqamlara toxunmayan birinin bu gün beynəlxalq hüququ yada salması onun hansı dairələrə xidmət etməsinin əyani göstəricisidir.

Xədicə İsmayıl bununla həm də xidmət etdiyi dairələri faş edib

Xədicə İsmayıl bu statusları yazmaqla həm də xidmət etdiyi dairələri çıxılmaz vəziyyətdə qoyub. Onlar öz xalqına qarşı çıxan bu jurnalistin naşılığının qurbanına çevrilmiş durumdadırlar. Belə ki, xidmət etdiyi dairələr hər halda ən azı indiki mərhələdə faş olmaq, iç üzlərinin açılmasını istəməzdilər.

Xüsusi xidmət orqanlarının tarixini oxuduqda görürsən ki, onlar öz agentlərinə ifşa olunmamaları üçün bir çox üsul və fəndləri öyədirlər. Bütün ölkələrinin xüsusi xidmət oranları agentura şəbəkəsinə elə təlimatlar verirlər ki, o təlimatlar agentin dayanqlı fəaliyyətini təmin edir. Xanım İsmayılın yazdığı statuslar onun pis öyrənci olmasının göstəricisidir.

İçimizdəki kriptoermənilər

Bilənlər bilir, bilməyənlərin də bilməsində fayda var ki, Azərbaycanda, Türkiyədə və Rusiyada həmşinlər adlanır. Son illərdə onlar gerçək kimliklərini gizlətmədən yaşamağı üstün tuturlar. Əgər onlar Azərbaycanda “təhlükəsizlik nöqteyi-nəzərindən” qrimlənib yaşamağı tərcih edirlərsə, Rusiyada karyera pilləsində irəliləmək üçün öz keçmişlərindən imtina edir, soyadlarını dəyişdirirlər.

Xədicə İsmayılın həm son hadisələrlə, həm də bütövlükdə Azərbaycanın milli məsələlərinə, onun faciələrinə illərdir biganəlik nümayiş etdirməsi, dövlətçiliyinə düşmən münasibəti onun kriptoerməni olmasına dair cəmiyyətdə geniş yayılmış təsəvvürlərin güclənməsinə səbəb olur. Məgər xanım İsmayıl ermənilərin XIX əsrin sonlarından etibarən Azərbaycan xalqının başına hansı müsibəltəri gətirdiyini bilmir? Bilmirsə bir ayıb, bilib ermənilərə və onların gizli dəstəkçilərinə xidmət edirsə, iki ayıb.

Bəs əslində noyabrın 16-da nə baş vermişdi?

Xanım İsmayıl statuslarının birində son döyüşlərin harada, hansı ərazidə baş verməsi ilə birmənalı cavab olmamasından şikayətənir. Halbuki Müdafiə Nazirliyi bütün məsələlərlə bağlı aydın məlumat açıqlayıb.

Nazirliyin məlumatında noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycanın Kəlbəcər və Laçın rayonlarında yerləşən mövqelərinə hücum etdiyi bildirilib. O da qeyd olunub ki, Azərbaycan Ordusu Ermənistanın təxribatına cavab vermək məqsədi ilə hərbi əməliyyata başlayıb və düşmənin hərbi təxribatı iflasa uğrayıb.

Xanım İsmayıl isə “obıvatel” deyil. O, nələrin baş verdiyi barədə sadə insanlardan daha çox məlumata malikdir. Ən azı onun sosial statusu məlumatlı olmasını təmin edir.

Xədicə İsmayıl kütləvi şüurla manipulyasiya edir

Bunu bilə-bilə belə bir postu paylaşması yalnız bir məqsəd daşıyır – ictimai rəylə manipulyasiya etmək. Bilənlər, elə xanım İsmayıl özü də bilir ki, hərəkətləri psixologiyada kütləvi şüurun manipulyası adlanır. Kütləvi şüurla manipulyasiyasını ən mühüm elementləri Üçüncü Reyxdə qeydə alınmışdı.

Nasist Almaniyasında kütləvi şüurun qrafik manipulyasiyası. 10 aprel 1938-ci ildə plebisit blankı: “Siz 1938-ci il martın 13-də Avstriyanın Almaniyaya birləşdirilməsi ilə razısınızmı və fürerimiz Adolf Hitlerin siyahısına səs verirsinizmi?” Ortadakı böyük dairədə “Bəli”, sağdakı kiçik dairədə “Xeyr”.

Bu işlə məşğul olanların ən parlaq nümayəndəsi isə Adolf Hitlerin ən yaxın tərəfdaşlarından və sadiq davamçılarından olan nasist Almaniyasının propaqanda naziri Yozef Göbbelsdir. Onun 1943-cü ilin fevralında Berlin idman sarayında total müharibə ilə bağlı etdiyi məşhur çıxış kütləvi şüurun manipulyasiyasının bariz nümunəsidir. “Propaqanda hər zaman yalnız vasitədir, məqsəd deyil”, - adı həyasız və utanmaz propaqandanın ümumi istminə çevrilmiş Göbbelsin təbliğat qaydası bu idi.

Göbbelsin layiq olduğu intiharından 76 il sonra Xədicə İsmayılın bu neofaşist yanaşması yalnız və yalnız təəssüf doğurur...


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər