Leninqrad vilayətinin Vsevolojsk rayonunda avtomobil hasara çırpılıb, bundan sonra boğazı kəsilmiş kişi meyiti yük yerindən yola düşüb.
Teleqraf.com rus mediasına istinadən xəbər verir ki, qəzadan sonra avtomobildə olan şəxslər qaçıblar.
Hadisə səhər saat 04:10 radələrində baş verib. Ölən şəxsin qəzaya düşdüyü “Mitsubishi Galant” markalı avtomobil 57 yaşlı Orenburq vilayəti sakininə məxsusdur. Hadisə şahidlərinin sözlərinə görə, qəzadan sonra bir neçə nəfər avtomobildən qaçaraq meşəyə girib gözdən itiblər.
Daha sonra hadisə yerinə baxış keçirilərkən avtomobilin yük yerindən 2 ədəd kürək, kəndir və çantalar aşkar edilib. Ehtimal edilir ki, avtomobildən qaçanlar meyiti basdırmaq üçün aparırmış.
Hazırda polis şübhəli şəxsləri axtarır. Araşdırma zamanı məlum olub ki, öldürülən şəxs 50 yaşlı İrəvan sakini, 1996-cı ildən Sankt-Peterburqda yaşayan Arkadi Kazinyandır. İlkin məlumatlara görə, onun təkər biznesi olub.