22 Noyabr 2021 14:32
16 741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində yaşayan erməni milli azlığının başçısı Araik Arutyunyan noyabrın 21-də Xocavənd rayonunda yerləşən Qafqaz Albaniyasına məxsus ilkin orta əsrlərə aid Amaras məbədində olub.

Teleqraf.com xəbər verir ki, bu barədə o özünün “Facebook” səhifəsində məlumat yerləşdirib.

Hərbçilərin və din xadimlərinin müşayiəti ilə məbədə gələn A.Arutyunyan burada 44 günlük Vətən müharibəsi dövründə məhv edilən erməni hərbçilərinin xatirəsinə şam yandırıb.

O, əvvəlcə məbəd tərəfdən Azərbaycan ordusunun mövqelərinə baxıb. Daha sonra birbaşa ön xəttə gəlib. Burdan cəmi bir neçə yüz metr aralıdakı Azərbaycan postunda küləkli havada dalğalanan dövlət bayrağımızı seyr edib.

Qeyd edək ki, Amaras monastrı Xocavənd rayonunun Maçqalaşen kəndində yerləşir. Orta əsrlərdə Qafqaz Albaniyasının yepiskopluq mərkəzi olmuş, sadə və aydın memarlıq obrazı olan Amaras monastır kompleksi Qafqaz Albaniyasının – Azərbaycanın xristian memarlığının dəyərli abidələrindən sayılır.

2020-ci il noyabrın 10-da imzalanan saziş nəticəsində monastır kompleksi qarşı tərəfin nəzarətində olan təmas xəttinin yaxınlığında və Rusiya sülhməramlılarının 12 nömrəli “Güneykaler” postunun məsuliyyət zonasında qalır. Rusiya sülhməramlıları monastırda patrul edir, Xankəndidən və digər yerlərdən bura ziyarətə gələn ermənilərin müşayiətini həyata keçirirlər.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər