23 Noyabr 2021 11:36
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransanın Azərbaycana qarşı dost olmayan addımını pisləyirəm. Eləcə də Fransa parlamentinin sədrinin Ermənistan spikerini qəbul edərkən Azərbaycanla bağlı səsləndirdiyi fikirləri rədd edirəm”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin toplantısında Xankəndi dairəsini təmsil edən Tural Gəncəliyev deyib.

O qeyd edib ki, son illər Fransanın siyasətində səhvlər özünü göstərir: “Fransa Azərbaycana minnətdar olmalıdır ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini Azərbaycan yerinə yetirdi.

Bununla BMT-nin nüfuzunu və haqq-ədaləti bərpa etdi. Təəssüflər olsun ki, Fransa bu gün regionda baş verən dəyişiklikləri qəbul etmir. Regiona dəxli olmayan və 4 min kilometr uzaqda olan Fransanın fikirlərini qəbul etmirik. Fransa hökuməti Cənubi Qafqaz və Azərbaycanla bağlı siyasətinə yenidən baxmalıdır. Əks halda, hər gün itən nüfuz və imicləri bir qədər də zədələnəcək”.


Müəllif: Nemət

Oxşar xəbərlər