23 Noyabr 2021 16:46
6 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Türkiyədəki səfiri Məhəmməd Fərazmənd “Anadolu” üçün yazdığı məqalədə Prezident Rəcəb Tayyib Ərdoğanın gündəmə gətirdiyi Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya, İrandan ibarət “3+3” ideyasının Tehranda müsbət qarşılandığını bildirib.

Teleqraf.com xəbər verir k, səfir bu çərçivədə region ölkələri ilə müzakirələrin aparıldığını deyib.

O, təşəbbüsün İran xarici siyasətinin əsas prinsiplərinə uyğun olduğunu qeyd edib.

İbrahim Rəisi hökumətinin “3+3” təşəbbüsünü dəstəklədiyini deyən Fərazmənd xatırladıb ki, ötən il Qarabağda müharibənin davam etdiyi vaxt İran Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Bakı, İrəvan, Ankara və Moskvaya səfər edib.

Fərazmənd bildirib ki, bu səfərlər zamanı nazir müavini regionda gərginliyi nəzarətdə saxlayan və mübahisələrin sülh yolu ilə həllinə nail olan mexanizmin yaradılmasını təklif edib.

Gürcüstandan başqa digər ölkələrin bu təşəbbüsü prinsipial olaraq qəbul etdiyini bildirən səfir vurğulayıb:

“Xoşbəxtlikdən “3+3” və ya “3+2” təşəbbüsünün reallaşması üçün tərəfdaş ölkələr arasında kollektiv iradə, ümumi maraqlar və yüksək qarşılıqlı anlaşma mövcuddur. Şübhəsiz ki, strateji Cənubi Qafqaz regionunda 30 il davam edən gərginliyə son qoyulmaqla sülh və sabitlik bərqərar olacaq. İnkişaf, ticarət, investisiya və rahat nəqliyyat imkanlarının yaranması bu regionun bütün xalqlarının marağındadır”.

“3+3” mexanizminin həyata keçəcəyinə ümid etdiyini vurğulayan Fərazmənd region xalqları üçün siyasi, təhlükəsizlik, ticarət, iqtisadi və tranzit əməkdaşlıq üçün parlaq üfüqlərin açılacağına inanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər