23 Noyabr 2021 16:38
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İqtisadi artımlarla bağlı məsələlər qaldırıldı. Qeyd edim ki, ölkədə post-pandemiya və post-konflikt dövründə yeni mərhələyə keçid baş verir. Prezidentin imzaladığı inkişaf layihələr var”.

Bunu Milli Məclisdə deputatların suallarını cavablandıran İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Nazir müavini bildirib ki, müzakirələr zamanı deputatlar regionlarda qaz, su, elektrik enerjisi, habelə məktəb, baxça və digər infrastruktur məsələlərinə dair çoxsaylı məsələlər qaldırıb:

“İqtisadiyyat Nazirliyi və sahə nazirləri bu təklifləri qeyd ediblər. Növbəti investisiya layihələrində bu məqamlar nəzərə alınacaq”.

Sevinc Həsənova əlavə edib ki, regionların inkişafına xüsusi diqqət mərkəzindədir və bu istiqamətə 90 milyard manatdan çox vəsait yönəldilib:

"Regionların inkişafı və bu məqsədlə həyata keçirilən proqramlar Prezidentin nəzarəti altındadır. Bu proqramlar vasitəsilə biz regionların infrastruktur problemlərinin həllinə çalışırıq. Burada regionlarda yarımçıq qalmış keçid dövrü obyektlərinə dair məsələ qaldırıldı. Bəli, biz bunu bilirik. Keçid layihələri, yarımçıq qalan tikililləri bir daha prioritetləşdirməyə ehtiyac var. Nazirlikdə işçi qrupu yaradılıb və bu istiqamətdə monitorinq qaparacaq və təkliflər veriləcək. Bu məsələdə alternativ yanaşmalara da üstünlük verilə bilər. Ən prioritet hesab olunan layihələr dövlət investisiya proqramlarına salınması təmin ediləcək”.


Müəllif: Nemət

Oxşar xəbərlər