23 Noyabr 2021 17:12
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan parlamenti “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsini müzakirəyə çıxarıb.

Teleqraf.com xəbər verir ki, qanun layihəsi haqqında komitə sədri Musa quliyev çıxış edib.

O deyib ki, qanun layihəsi birinci oxunuşda müzakirə edilərkən 15 deputat çıxış edib:

“Deputatların təklifləri müvafiq icra hakimiyyətinə çatdırılıb. Layihəyə dəyişiklik edilməyib".

Əmək və Əhalinin Sosial Müdafiə nazirinin müavini Anar Kərimov isə deyib ki, deputatlar əsasən iş yerləri və regionlarda işsizlik məsələsini qaldırıb: "Qeyd edim ki, son illər 230 min insan işlə təmin edilib. 120 minə yaxın şəxs isə ictimai işlərə cəlb edilib”.

Dövlət rəsmisi bildirib ki, deputatlar şəhid ailələri və müharibə iştirakçıları məsələsinə toxunub:

“Qeyd edim ki, ötən dövr ərzində bu təbəqədən 8200-dən çox insana məşğulluq tədbirləri həyata keçirilib. Növbəti dövrdə də bu həssas təbəqəyə diqqət ediləcək. Peşə hazırlıqları qurumları yaradılacaq”.

Anar Kərimov bildirib ki, pensiya və müavinətlərlə bağlı artımı davam edəcək.

Onun sözlərinə görə, indiyə qədər şəhid ailələrinə 9200 mənzil verilib: “Növbəti 5 ildə bu say 11 min artırılacaq. Eləcə də məcburi qaçqınlar üçün tikilən mənzillərin bu istiqamətə yönəldilməsi hazırlanır”.

Qeyd edək ki, Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsinin gəlirləri 5 306 770 072,0 manat, xərcləri 5 306 770 072,0 manat məbləğində təsdiq edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər