“Azərbaycan kimi ölkələrdə əgər işsizliyin səviyyəsi 7 %-dən artıq olursa, bu, bir sıra iqtisadi və sosial fəsadlar yaradar.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, artıq Azərbaycanda işsizliyin faizi 7 %-dən çoxdur:
“İcbari Sığorta Fondunun (İSG) büdcəsi hesabı ilə işsizliklə mübarizə aparmaq mümkün deyil. Bu fonda əlavə vəsaitər cəlb edilməlidir. Bir neçə il ərzində cəmi 8500 adama işsizliyə görə müavinət verilib. Bu müavinətlər bütün işsizlərin 0,7 %-ni təşkil edir. Bu, hədən artıq dözülməz rəqəmlərdir. İSF-nin işlərini görən müvafiq icra hakimiyyəti orqanına ayrılan vəsait işsizlik üçün ayrılan vəsaitdən 5 dəfə artıqdır”.
Əli Məsimli deyib ki, vacib məsələlərdən biri də bütün dünyada olduğu kimi Azərbaycanda da kiçik və orta sahibkarlığın inkişafına şərait yaratmaqdır:
“Bütün hər şey müavinətlərin üzərində qurulmamalıdır. İnsanlara şərait yaratmaq lazımdır ki, onlar öz qabiliyyətlərini ortaya qoysunlar. Amma bunu etməsək, bizə işsizliyin səviyyəsini aradan qaldırmaq üçün 1 neçə 10 illik lazım gələcək”.