“Vergi güzəştlərinə dair yeni qanun layihəsinə səs verəcəyəm. Amma bu güzəştlər İkinci Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri və qazilər üçün nəzərdə tutulur. Birinci Qarabağ müharibəsi ilə əlaqədar şəhid ailələri də bu məsələni qaldırır, güzəştlərin onlara da şamil olunmasını istəyir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı komitə sədri Siyavuş Novruzov səsləndirib.
S. Novruzov deyib ki, bu məsələ öz həllini tapmalıdır: “Hansı səbəbdən güzəştlər I Qarabağ müharibəsi iştirakçılarına nəzərdə tutulmur? Nəzərə almaq lazımdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən eyni qaydada Birinci və İkinci Qarabağ müharibəsi şəhid ailələri, əlilləri, qazilərə sosial ödənişlər edilir, evlə, maşınla təmin olunurlar. Hesab edirəm ki, bu məsələdə hansısa formada həllini tapmalıdır”.