24 Noyabr 2021 11:44
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Magistraturaya sənəd qəbulu yəqin ki, yanvar ayından başlayacaq. Bununla bağlı dəqiq məlumat vermək hazırda mümkün deyil. İmtahan cədvəlləri Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edildikdən sonra sənəd qəbuluna başlanılacaq.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, imtahan cədvəlləri artıq hazırdır: "Qaydalara görə, magistraturaya qəbul imtahanı bir mərhələdə həyata keçirilir. Lakin ötən bakalavrlarlara iki cəhd imkanı yaratmışdıq. Əgər qapanma tədbirləri olmasa, çalışacağıq ki, bu il də belə bir imkan yaradaq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər