24 Noyabr 2021 12:29
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlament “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edib.

Teleqraf.com xəbər verir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə dəyişiklik edilib.

Dəyişikliyə əsasən tikinti, tikinti quraşdırma və istehsal sahələrinin qurulması ilə bağlı tender qalibi olan qeyri-rezident hüquqi və ya fiziki şəxslərlə malların (işlərin və xidmətlərin) satınalması müqaviləsi həmin şəxslərin Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq uçota alınmış daimi nümayəndəlikləri və daimi nümayəndəlik yaratmayan bölmələri olduğu halda bağlanılır.


Müəllif: Nemət

Oxşar xəbərlər