26 Noyabr 2021 20:16
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan dövləti bütün tərəfdaşları ilə qarşılıqlı müstəvidə münasibətlər qurmaq, əlaqələri inkişaf etdirmək niyyətindədir. Ölkəmiz həm regional, həm də dünya miqyasında dost və tərəfdaş dövlətlərlə qarşılıqlı maraqlar müstəvisində münasibətlərini günü-gündən inkişaf etdirir. Bu gün Azərbayvanın mövqeyi qlobal miqyasda qəbul edilir. Məhz müəyyənləşmiş strategiya Azərbaycanı bütün ölkələrlə bərəbərhüqulqu münasibətlər formalaşdırmağa imkan yaradır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, bu mənada Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır: “İkitərəfli əlaqələrin inkişaf dinamikası olduqca müsbətdir. Tərəflər qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin yüksəldilməsində maraqlıdır. İqtisadi, siyasi, mədəni sahələrdə əlaqələrin inkişaf səviyyəsi günü-gündən yüksəlir. Həmçinin ölkələr arasında ticarət dövriyyəsi yüksəkdir. Eyni zamanda iki ölkə arasında iqtisasdi əməkdaşlığın inkişaf etdirilməsinə çox böyük maraq var”.

Cavid Osmanova görə, 2020-ci il 10 noyabr bəyanatından sonra Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə ciddi insident baş verməyib: “Baş verən kiçik insidentlər sistem xarakteri daşımır. Sözsüz ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş toqquşmalara, risklərə nəzarət etmək. Bu prosesləri minimallaşdırmaq və yekun sülh razılaşması üzərində işləmək indiki halda daha vacibdir. Çünki əldə ediləcək mümkün razılaşma bölgədə sülhə, təhlükəsilziyə, iqtisadi-siyasi əlaqələrin inkişafına, iqtisadi kommunikasiyaların qurulmasına töhfə olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər