2 Dekabr 2021 09:31
1 687
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO və Qərb indiyə qədər verdiyi sözü tutmayıb. Hər zaman sözündən qaçıb. Qərbə bel bağlamaq olmaz. Bu, böyük səhv olardı”.

Bunu Teleqraf.com-a siyasi şərhçi Cümşüd Nuriyev deyib.

O, Ukrayna mövzusunda danışarkən bildirib ki, Rumıniya və Polşa Ukraynanın parçalanmasında maraqlıdır:

“Çünki 1939-cu ilə qədər qərbi Ukrayna Rumıniya, Polşa və pribaltika ölkələrinin ərazisi olub. İndi bu ölkələr həm də çalışırlar ki, torpaqlarını geri qaytarsınlar. Sadəcə olaraq Prezident Zelenskinin əli ilə bunu etmək mümkün olmayacaq. Zelenskinin həm diplomatik, həm də siyasi təcrübəsi azdır. Yəni o qədər güclü deyil ki, siyasi şoular təşkil etməklə nəyəsə nail olsun. Məncə, Ukraynanı uğur gözləmir, bu gözəl dövlətin parçalanma ehtimalı daha yüksəkdir”.

Cümşüd Nuriyev əlavə edib ki, NATO və Qərb kollektivi Ukraynanı sözdə müdafiə etdiyini açıqlasa da, əməldə bunu nümayiş etdirmir:

“NATO indiyə qədər Ukraynaya hansı dəstək göstərib? Bu dəqiqə Polşa müharibə vəziyyətindədir. Polşanın meşələrinə NATO raketləri yerləşdirilib. Amma Ukrayna məsələsinə gəldikdə fərqli addım atılır. Həm də Ukrayna kimi ordusu olan dövlət Donbasda bir qəsəbəni belə götürə bilmir. Halbuki, SSRİ ordusunun strukturunu ukraynalılar təşkil edirdi. İndi də rusların gözünü qorxutmaq üçün qələbə addımı atmaq lazımdır. Ukrayna bunu atmayıb. Bunu etməlidir ki,rusları təxribata çəksinlər. Amma Kiyev nə hərbi, nə siyasi, nə də diplomatik təxribat edə, Rusiyanı buna çəkə bilmədi. Ona görə də NATO-nun Ukrayna mövzusunda nəsə edə biləcəyinə ehtimal verməzdim”.


Müəllif: Nemət

Oxşar xəbərlər