Rusiyanın fikrincə, ATƏT Dnestryanı və Dağlıq Qarabağın nizamlanmasında faydalı rol oynayır”.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 2-3-də Stokholmda keçiriləcək iclası öncəsi bəyanatında deyilir.
“Biz hesab edirik ki, bütün münaqişələrin nizamlanması mütləq sülh yolu ilə siyasi və diplomatik metodlarla, müəyyən edilmiş formatlar çərçivəsində, münaqişə tərəflərinin birbaşa iştirakı və onların maraqları nəzərə alınmaqla həyata keçirilməlidir", - bəyanatda deyilir.