3 Dekabr 2021 09:23
2 538
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aydındır ki, Soçi görüşündən sonra indi əsas diqqət Brüssel görüşünə yönələcək. Bu da anlaşılandır. Çünki Aavropa da hansısa formada bu görüşü təşkil etməklə regionda “mən də varam” mesajını vermək istəyir. Açığı mənim Brüssel görüşü ilə bağlı böyük gözləntilərim yoxdur. Düşünmürəm ki, orada hansısa razılaşma əldə edilsin”.

Bunu Teleqraf.com-a politoloq Rüstəm Məmmədov deyib.

Rüstəm Məmmədov qeyd edib ki, Brüssel görüşü əslində Qərbin növbəti baş aldatma oyunudur:

"Avropa İttifaqının bu təşəbbüsünün başqa məqsədləri də var. Məsələn Qərb çalışır ki, regiondan Rusiyanı sıxışdırıb çıxarsın. Amma onların niyyəti alınmır. Başqa sözlə, Avropa Birliyi regiondan Rusiyanı çıxarmaq istəsə də, buna gücü çatmır. Aydındır ki, Avropa Birliyi Rusiyaya qarşı heç nə edə bilmir”.

Politoloq qeyd edib ki, ABŞ indi özünü kənarda saxlayaraq prosesləri müşahidə edir:

“Bu da Vaşinqtonin növbəti oyunudur. Sanki Vaşinqton Avropa Birliyini fəallaşdırmaqla onu Rusiyaya qarşı qoyur. Aydındır ki, ABŞ Rusiya ilə baş-başa gəlmək istəmir. Mümkündür ki, Rusiya və Avropa Birliyini üz-üzə qoymaqla Moskvaya münasibətdə daha çox dost və müttəfiq əldə etməyə çalışır. Mən bu versiyanı heç də istisna etməzdim”.

Rüstəm Məmmədov deyib ki, Brüsseldə Əliyev-Paşinyan arasında rəsmi və ya qeyri-rəsmi razılaşma əldə edilməyəcək:

“Məncə, Paşinyanı başa düşmək olar. Paşinyan Əliyevlə hansısa razılığa gələcəksə, ölkəsində inqilab baş verəcək. Bax, bu səbəblərdən Paşinyan danışıqlara və razılaşmalara ən azı bu mərhələdə getməyəcək”.


Müəllif: Nemət

Oxşar xəbərlər