3 Dekabr 2021 12:45
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qiymət artımı ilə bağlı narahatıq ifadə edilib. COVID pandemiyasının ortaya çıxması, bununla bağlı məhdudiyyələr qlobal iqtisadi aktivliyin azalmasına və məhsul hasilatına mənfi təsir edib. Tələb və təklif balansının pozulması, lojistika və daşınma xərclərinin artması, habelə malların gec çatdırılması halları ortaya çıxıb”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Baş nazir Əli Əsədov Milli Məclisdə çıxışı zamanı bildirib.

Baş nazir əlavə edib ki, dünya üzrə qiymətlər son 30 ildə ən yüksək səviyyə çatıb:

“Qlobal ərzaq məhsullarında qiymətlər üzrə bahalaşmaya ölkəmizin təsirini azaltmaq üçün ixracat məsələsinə diqqət edəcəyik. Qiymət artımı ilə bağlı mümkün olan bütün qabaqlayıcı tədbirlər tərəfimizdən görülür.

Süni qiymət artımının qarısını almaqla yanaşı idxalın əvəzlənməsini üçün işlərin aparılmasını nəzərdə tuturuq”.


Müəllif: Nemət