3 Dekabr 2021 14:47
1 731
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avstraliya hökuməti Azərbaycan ilə Ermənistanı beynəlxalq birliyin dəstəyinə arxalanmaqla sərhədlərin delimitasiyasını və demarkasiyasını həyata keçirməyə çağırır".

Teleqraf.com xəbər verir ki, bunu ölkənin Vyana səfirliyinin ikinci katibi Rut Konstantin (Ruth Myrine Constantine) ATƏT Xarici İşlər Nazirləri Şurasının Stokholmdakı iclasında bildirib.

Avstraliyalı diplomat tərəflərin əraziləri minalardan təmizləmək kimi etimadı artıran, xalqlar arasında barışığı, regionda rifahı gücləndirən addımlar atmasının vacibliyini vurğulayıb.


Müəllif: Teleqraf.com